İspaniya millisinin final hazırlığına hava əngəl oldu

İspaniya millisinin final hazırlığına hava əngəl oldu

Dünya çempionatının finalında Argentina ilə qarşılaşacaq İspaniya millisinin son məşqi əlverişsiz hava şəraiti səbəbindən ləğv olunub.

“Reuters”ə sitinadən xəbər verilir ki, Nyu-Cersi ştatında baş verən güclü ildırım və leysan yağışı səbəbindən komandanın Melanie Lane Təlim Mərkəzində keçirilməsi planlaşdırılan açıq hava məşqi təhlükəsizlik məqsədilə baş tutmayıb.

ABŞ-də qüvvədə olan təhlükəsizlik qaydalarına əsasən, ildırım müşahidə edildiyi halda açıq havada məşqə icazə verilmir.

İspaniya Futbol Federasiyası (RFEF) futbolçuların hazırlığını qapalı məkanda davam etdirdiyini açıqlayıb.

Eyni hava şəraiti Argentina millisinin Morristaun şəhərindəki məşqinə də təsir göstərib və komandanın hazırlığı təxminən 45 dəqiqə gecikib.

Qeyd edək ki, İspaniya və Argentina arasında keçiriləcək 2026-cı il dünya çempionatının final oyunu sabah “MetLife Stadium”da baş tutacaq.

Mənbə: qafqazinfo.az