Argentinalı futbolçu Dieqo Maradonanın oğlu kiçik Dieqo Maradona Lionel Messi ilə atası arasında müqayisələri sərt tənqid edib .
O, bu cür müzakirələrin onların dövrlərinin kökündən fərqli olması səbəbindən mənasız olduğunu düşünür.
“Yalnız tam axmaqlar Messi ilə atamı müqayisə edərdilər və mən bunu bütün hörmətimlə deyirəm. Birincisi, Messi özü bunun mümkün olmadığını söylədi, çünki Dieqo bir nömrədir. İkincisi, futbol dəyişib.
Meydanda hər şeyin – təpiklərin, yumruqların və zərbələrin – vacib olduğu bir dövrdə oynayan oyunçunu ilk təmasın cərimə kimi sayıldığı bir dövrdə oynayan biri ilə necə müqayisə etmək olar?
Üçüncüsü, yadplanetliləri insanlarla müqayisə etmək olmaz”, – deyə “Mundo Deportivo” kiçik Dieqodan sitat gətirib.
Mənbə: publika.az