Ronaldo Argentinanı və FİFA-nı tənqid edən paylaşımı bəyəndi - FOTO

Ronaldo Argentinanı və FİFA-nı tənqid edən paylaşımı bəyəndi - FOTO

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo “İnstaqram”da “Espejo Publico” proqramında jurnalist Pilar Rodriges Losantosun Argentina millisini və FİFA-nı tənqid etdiyi paylaşımı bəyənib.

Jurnalist iddia edib ki, “ağ-göylər” 2026-cı il Dünya Kubokunun finalına çıxmamalı və turnirdəki iştiraklarını bir neçə oyun əvvəl dayandırmalı idilər. Lakin FİFA-nın köməyi sayəsində onlar final matçına çıxa bildilər.

Jurnalist FİFA-nı Lionel Messiyə bu titulu vermək istəyən “dünyanın ən korrupsiyalaşmış təşkilatlarından biri” adlandırıb.

Publika.az

Ronaldo Argentina və FİFA-nı tənqid edən paylaşımı bəyənib.

Mənbə: publika.az