İspaniya millisinin yarımmüdafiəçisi Lamin Yamal DÇ-2026 finalından sonra Argentina millisinin kapitanı Lionel Messi ilə aralarında baş tutan dialoqu açıqlayıb.
Xarici KİV-ə istinadən xəbər verilir ki, Yamal Messidən bağışlanmasını istəyib.
“Leo Messi mənim üçün ən böyük futbolçudur. O, mənim kumirim, hər şeyimdir. Yanına yaxınlaşıb sadəcə məni bağışlamasını dedim. O isə mənə belə cavab verdi: “Təbrik edirəm, buna daha çox sən layiq idin”. Sonra onu qucaqladım, öpdüm və təsəlli verməyə çalışdım. Belə məqamlar futboldan daha böyük məna daşıyır. Mən Messiyə hər zaman hörmət edəcəyəm”.
Qeyd edək ki, finalda İspaniya millisi Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Mənbə: qafqazinfo.az