Azərbaycana təşəkkür edirəm - Erməni güləşçi

Azərbaycana təşəkkür edirəm - Erməni güləşçi

"Dünya çempionatını belə yüksək səviyyədə təşkil etdiklərinə görə Azərbaycana təşəkkür edirəm".

Bu fikirləri jurnalistlərə açıqlamasında Bakıda keçirilən dünya çempionatında 71 kq çəki dərəcəsində qızıl medal qazanan erməni güləşçi Janes Nazaryan deyib.

O bildirib ki, Bakıda onları yüksək səviyyədə qarşılayıblar:

"Əhvali-ruhiyyəmiz yüksək idi. Yarış çox yüksək səviyyədə keçdi, güclü iştirakçılar var idi. Düşünürəm ki, bu yarış bizi daha da motivasiya edəcək. Buna görə təşkilatçılara və əməyi keçən hər kəsə təşəkkür edirəm. Rəqiblərim çox güclü idi. Deməzdim ki, zəif idilər, əksinə, çox yaxşı hazırlaşmışdılar. Ancaq mən daha yaxşı mübarizə apardım və yaxşı nəticə əldə etdim".

O bildirib ki, Bakıda həm təşkilatçılar, həm də dövlət səviyyəsində yüksək qarşılanma oldu:

"Hər şey qaydasında idi. Bizi çox yaxşı qarşıladılar".


Mənbə: unikal.az