Azərbaycan Dünya Çempionatını boykot etdi

Azərbaycan Dünya Çempionatını   boykot etdi

UEFA FİFA-nın kommersiya fəaliyyətinin bir hissəsini özəl investorlara satmaq planına etiraz olaraq Dünya Kuboku da daxil olmaqla, FİFA-nın təşkil etdiyi bütün turnirləri boykot etmək qərarı qəbul edib.

Qərar UEFA-ya üzv olan 55 milli assosiasiyanın dəstəyi ilə verilib.
Bildirilib ki, FİFA mübahisəli planından geri çəkilməyəcəyi təqdirdə, UEFA-ya üzv ölkələrin – o cümlədən Azərbaycanın – milli komandaları Dünya Kuboku və digər FİFA turnirlərində iştirak etməyəcək.
UEFA bu təşəbbüsün futbolun idarəçiliyinə və idmanın dəyərlərinə zidd olduğunu bəyan edib.

Mənbə: www.bakupost.az