Ölümün səbəbi hələlik açıqlanmır. İyulun 29-da bəzi İtaliya kütləvi informasiya vasitələri Barezinin vəfatı ilə bağlı xəbərlər dərc etmişdi. Lakin o zaman "Milan"ın mətbuat xidməti bu məlumatları təkzib edərək, sabiq futbolçunun, sadəcə, "ağır bir dövrdən keçdiyini" vurğulamışdı.
Barezi bütün peşəkar karyerası ərzində yalnız "Milan"ın formasını geyinib və 1978-97-ci illərdə bu klubun şərəfini qoruyub. Komandanın heyətində ümumilikdə 716 oyun keçirən əfsanəvi müdafiəçi bu göstəriciyə görə klub tarixində yalnız Paolo Maldinidən (901 oyun) geri qalaraq ikinci yerdə qərarlaşıb.
İtaliya millisinin heyətində Barezi 81 matçda meydana çıxıb və bir qola imza atıb. O, yığma ilə birlikdə 1982-ci ildə dünya çempionu adını qazanıb, 1994-cü il mundialında gümüş, DÇ-1990-da isə bürünc medala sahib olub. Bundan əlavə, ötənlərin məşhur futbolçusu İtaliya millisi ilə birlikdə 1988-ci il Avropa çempionatının bürünc mükafatını da əldə edib. 2013-cü ildə onun adı İtaliya futbolunun Şöhrət Zalına daxil edilib.
Mənbə: oxu.az