Yeni mövsümün hazırlıq mərhələsini davam etdirən "Kəpəz"in sabah keçirilməsi planlaşdırılan növbəti yoxlama matçı baş tutmayacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azər Məmmədovun komandası Qəbələ şəhər stadionunda Qətərin II Liqa təmsilçisi "Əl-Xaraitiyat" klubu ilə üz-üzə gəlməli idi. Lakin sözügedən qarşılaşma Qətər klubunun istəyi ilə ləğv edilib.
Saat 18:00-da başlaması nəzərdə tutulan oyunun baş tutmamasından sonra Gəncə təmsilçisi hazırlıq planında dəyişiklik etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, "Kəpəz" buna qədər toplanış çərçivəsində "Şamaxı" və "Sumqayıt" klubları ilə qüvvəsini sınayıb və hər iki qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Mənbə: oxu.az