Poldan Qetciyə: “Səni sevirəm, amma Nurməhəmmədov…”

Poldan Qetciyə: “Səni sevirəm, amma Nurməhəmmədov…”

Amerikalı bloger və boksçu, MVP promo şirkətinin rəhbəri Ceyk Pol PFL çempionu Osman Nurməhəmmədov haqda danışıb.

Ötən gecə Usman ABŞ-ın Nyu-York şəhərində keçirilən PFL tədbirində amerikalı Arçi Kolqanı məğlub edib. Döyüş birinci raundda nokautla başa çatıb.

“Mən çox təsirləndim. Bu oğlan dünyanın ən yaxşısıdır. Castin Qetci , səni sevirəm, amma o, səni asanlıqla məğlub edə bilər”, – deyə Ceyk Pol bildirib.

Osman ardıcıl ikinci dəfə PFL titulunu qoruyub. Məğlubiyyətsiz döyüşçünün hazırda 22 MMA qələbəsi var.

Mənbə: publika.az