Azərbaycan güləşçisi İbrahim Həsənov gümüş medal qazandı

Azərbaycan güləşçisi İbrahim Həsənov gümüş medal qazandı

Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.

51 kq çəki dərəcəsində yarışan idmançı finalda iranlı Benyamin Mayvana uduzaraq (1:5) fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bununla da sərbəst güləşçilərimiz mundialı 1 gümüş medalla başa vurublar.

Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar.

Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Mənbə: bizim.media