“Qarabağ” Kiyev “Dinamo”sunu keçib “Tvente” ilə qarşılaşa bilər

“Qarabağ” Kiyev “Dinamo”sunu keçib “Tvente” ilə qarşılaşa bilər

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.

Qurban Qurbanovun komandası 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”sunu keçərsə, “Tvente” – “DAC 1904” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab matçları isə 27-də baş tutacaq.

Mənbə: qafqazinfo.az