“Turan Tovuz” Türkiyə klubunu məğlub etdi

“Turan Tovuz” Türkiyə klubunu məğlub etdi

"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Qərb təmsilçisi yerli "Gənclərbirliyi" ilə qarşılaşıb.

Görüş tovuzluların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Dioqo Balau, İbrahima Vaci, Alexandro Serrano və Faiq Hacıyev vurublar.

Xatırladaq ki, "Turan Tovuz" Ankaradakı hazırlıq çərçivəsində İranın U-21 yığması və Türkiyənin I Liqa təmsilçisi "Fatih Karagümrük"lə heç-heçə (1:1) edib, "Iğdır"a isə qalib (1:0) gəlib.

Mənbə: bizim.media