Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışını davam etdirən "Turan Tovuz" yoxlama matçında "Gənclərbirliyi" komandası ilə qarşılaşıb.
Tovuz təmsilçisi rəqibini 4-0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Turan Tovuz" Ankaradakı hazırlıq çərçivəsində İranın U-21 yığması və Türkiyənin I Liqa təmsilçisi "Fatih Karagümrük"lə üz-üzə gəlib. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb. "Iğdır"la baş tutan matçda isə 1:0 hesabı ilə qələbə qazanıb.
Mənbə: sia.az