“Sumqayıt” heyətini yeni oyunçu ilə gücləndirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.
“Kimyaçılar” braziliyalı yarımmüdafiəçi Lukas Blakı transfer ediblər. 26 yaşlı yarımmüdafiəçinin son klubu Braziliyanın D seriyasında mübarizə aparan “Ferroviario” olub.
Qeyd edək ki, “Sumqayıt” bu yay Emil Mustafayev (“Polissya”, Ukrayna), Jeymes Almeyda (“Pasuş Fereyra”, Portuqaliya), və Jeam Oliveyranı (“Kaşias”, Braziliya) da transfer edib.
Mənbə: qafqazinfo.az