“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi 19 noyabrda məşhur video oyun GTA VI-nın yayımlanmasından sonra oyunçularının rejiminə nəzarət etməyi planlaşdırıb-planlaşdırmayacağı ilə bağlı sualı cavablandırıb.
Publika.az xəbər verir ki, “Football.London” mütəxəssisin sözlərini sitat gətirib:
“Qulaq asın, mən polis və ya ata deyiləm, məşqçiyəm. Düşünürəm ki, paltardəyişmə otağımda yaxşı, yetkin insanlar var. Beləliklə, “PlayStation” və digər cihazlar lazımi anda söndürülə bilər. Əks təqdirdə, mən onların otağına girib GTA-nı və hər şeyi məhv edəcəyəm”.
İngiltərə Premyer Liqasının 10 turundan sonra “Tottenhem” turnir cədvəlində 12 xalla 11-ci yerdədir.
Mənbə: publika.az