Nazir ona yüksək vəzifə verdi - FOTO

Nazir ona yüksək vəzifə verdi   - FOTO

Gənclər və İdman Nazirliyinin Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisinə yeni müavin təyin olunub.

"İqtisadiyyat.az"a istinadən xəbər verilir ki, bununla bağlı nazir Fərid Qayıbov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Murad Həsənli Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisinin müavini təyin olunub.
Qeyd edək ki, M.Həsənli bu təyinatadək İdarənin Gənclərlə iş sektorunun müdiri vəzifəsində çalışıb.

Mənbə: www.bakupost.az