Köhnə futbol hiyləsi yenidən işə yaradı – bu dəfə İngiltərə 2-ci Liqasında.
Səviyyəsinə görə İngiltərənin dördüncü liqa divizionunun ikinci turunda keçirilən “Kryu Aleksandra” və “Northempton” arasında keçirilən matçda turun ən qəribə epizodlarından biri yaşanıb.
Ev sahibi komandanın hücumçusu Coş Marş rəqib qapıçının diqqətsizliyindən istifadə etmək qərarına gəlib.
Oyun epizodundan sonra oyunçu sakitcə qapıçının düz arxasında gizlənib. Marş səbirlə qapıçının topu götürüb meydana atmasını gözləyib.
Komanda yoldaşları hətta qapıçıya arxasında rəqibin gizləndiyini göstərməyə çalışıblar, amma artıq çox gec idi.
Hücumçu dərhal qapıçının arxasından çıxaraq topu götürüb və sakitcə boş qapıya göndərib.
Bu qol yeganə olub və meydan sahiblərinə qələbə qazandırıb.
Mənbə: publika.az