Manuel Noyer TARİX YAZDI - Tomas Mülleri geridə qoydu

Manuel Noyer TARİX YAZDI -

Manuel Noyer ən titullu alman futbolçu ünvanına yiyələnib.

Bu barədə Sport24.ru-ya istinadən xəbər verilir.

Bildirilir ki, Almaniya Superkuboku uğrunda matçda "Borussiya Dortmund" və "Bavariya" klubları üz-üzə gəliblər. Qarşılaşma Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Bavariya"nın heyətində qapını Manuel Noyer qoruyub. 40 yaşlı qolkiper üçün bu kubok karyerasında 36-cı titul olub.

Bununla da Noyer keçmiş komanda yoldaşı Tomas Mülleri geridə qoyaraq rəsmən tarixin ən titullu alman futbolçusu adına yiyələnib.

Mənbə: oxu.az