"Qarabağ"dan yeni transfer: Braziliyalı yarımmüdafiəçi komandaya qoşuldu

"Qarabağ"dan yeni transfer: Braziliyalı yarımmüdafiəçi komandaya qoşuldu

"Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.

23 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb.

Müqaviləyə əsasən, icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunun transfer hüquqlarını əldə edə bilər.

Qeyd edək ki, Dieqo Rosa 2021-ci ildə "Qremio"dan "Mançester Siti"yə transfer olunub. Yarımmüdafiəçi karyerası ərzində "Lommel" (Belçika), "Vizela" (Portuqaliya), "Bahia" və "İnter" (hər ikisi Braziliya), həmçinin APOEL-də çıxış edib.

O, eyni zamanda Braziliyanın U-16 və U-17 milli komandalarının formasını geyinib.

Mənbə: oxu.az