Arda Güler İspaniya nəhəngi ilə yeni müqavilə imzalayacaq

Arda Güler İspaniya nəhəngi ilə yeni müqavilə imzalayacaq

Türkiyə millisinin və "Real Madrid"in futbolçusu Arda Güler İspaniya klubu ilə yeni müqavilə imzalamağa razılaşıb.

Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, tərəflər arasında yeni sözləşmənin bütün şərtləri razılaşdırılıb.

21 yaşlı yarımmüdafiəçi "Real Madrid"lə 2032-ci ilin iyununa qədər qüvvədə olacaq yeni müqavilə imzalayacaq.


Mənbə: unikal.az