“Real Madrid” “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı transfer edə biləcəyinə inanır.
Bu barədə jurnalist Nik Harris məlumat verib.
Mənbənin məlumatına görə, “Real Madrid”in prezidenti Florentino Perez cari mövsümün sonunda norveçli hücumçu ilə müqavilə imzalayacağına şübhə etmir. Məlumata görə, bu yaxınlarda Pereslə nahar edən bir şəxsdən məlumat daxil olub .
Bu mövsüm 26 yaşlı Haaland bütün yarışlarda 14 oyun keçirib və 14 qol vurub. Hücumçunun “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilə qədərdir. “Transfermarkt” onun dəyərini 220 milyon avro qiymətləndirir.
Mənbə: publika.az