Fransa millisinin sabiq hücumçusu Kristof Dyuqarri Kilian Mbappe haqqında sərt fikirlər səsləndirib.
Dyuqarri bu barədə RMC-də danışıb:
“”Mbappe üçün oyanmağın vaxtıdır. O, çox qol vurur, problem yoxdur, amma artıq titul qazanmır. O, “Real Madrid”lə heç nə qazanmır, Fransa millisi ilə də heç nə qazanmır.
Nə vaxtsa o, turnirlərdə qalib gəlməyin vacib olduğunu anlayacaq. Zidan da Mbappenin yaxasından yapışıbtəxminən eyni şeyi deyəcək: “Qalib gəlməyimizi istəyirsən, yoxsa sadəcə qol vurub özünü göstərməyi?” Nə vaxtsa ona bu irad bildiriləcək: “Biz illərdir heç nə qazanmamışıq”.
Mənbə: publika.az