"Barselona" və İspaniya millisinin futbolçusu Lamin Yamal uşaqlıq illərində ailəsinin üzləşdiyi maddi çətinliklərdən danışıb.
19 yaşlı futbolçu "The Guardian"a müsahibəsində böyük futbolda üzləşdiyi təzyiqə uşaqlıqda yaşadığı çətinliklər səbəbindən fərqli yanaşdığını bildirib.
Yamalın sözlərinə görə, anası onun futbol oynaması üçün çox çalışıb, atası isə ailəsinin dolanışığına kömək etmək üçün küçələrdən satıla bilən metal parçaları toplayıb.
"Atamın mənim yemək yeyə bilməyim üçün küçələrdən metal yığdığını görmüşəm", - deyə futbolçu bildirib.
Yamal qeyd edib ki, onun üçün əsl qorxu və təzyiq məhz həmin dövrdə yaşanan maddi çətinliklər olub. Futbolçu hazırda qazandığı pulla valideynlərinə maddi dəstək göstərə və ailəsinə tamamilə fərqli həyat şəraiti yarada bildiyi üçün xoşbəxt olduğunu söyləyib.
Yamal üçün ən böyük sevinclərdən biri isə kiçik qardaşına uşaqlığında özünün sahib olmadığı imkanları yaratmaqdır.
Mənbə: oxu.az