UEFA Millətlər Liqasının A Liqasında baş tutan Türkiyə-İtaliya matçında “ay-ulduzlular”ın məğlubiyyəti böyük qalmaqala səbəb olub.
Bursada keçirilən qarşılaşmada Türkiyə milli komandasının 1:4 hesabı ilə geridə olması azarkeşlərin səbir kasasını daşırıb.
Milli komandanın biabırçı oyunu fonunda tribunaları dolduran minlərlə fanat Türkiyə Futbol Federasiyasının (TFF) başqanı İbrahim Hacıosmanoğlunu hədəf alıb.
Azarkeşlər birgə şüarlarla “TFF istefa” və “İbrahim, çölə” qışqıraraq federasiya rəhbərliyini sərt şəkildə tənqid ediblər. Etirazların kəskin formada davam etməsindən sonra isə TFF başqanı meydanı tərk edib.
Həmin görüntüləri təqdim edirik:
Mənbə: qafqazinfo.az