“Qarabağ” “Zirə” ilə qarşılaşacaq

“Qarabağ” “Zirə” ilə qarşılaşacaq

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilədə hazırlığı davam etdirən “Qarabağ” və “Zirə” yoxlama oyununda üz-üzə gələcəklər.

Bu haqda Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandalar arasında görüş oktyabrın 3-də, “Azersun Arena”nın məşq meydançasında keçiriləcək. Oyun saat 17:00-da başlayacaq.

Bildirilib ki, yoxlama matçı yalnız media nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, hazırda Misli Premyer Liqasında “Qarabağ” 13 xalla 3-cü (5 oyuna), “Zirə” isə 10 xalla 5-cidir (6 oyuna).

Mənbə: qafqazinfo.az