Arda Gülərlə bağlı vacib xəbər: Razılaşdı

Arda Gülərlə bağlı vacib xəbər: Razılaşdı

“Real Madrid”in yarımmüdafiəçisi Arda Gülər Madrid klubu ilə müqaviləsini uzatmağa razılıq verib.

AS-ın məlumatına görə, türk futbolçunun yeni müqaviləsi 2031-ci ilə qədər davam edəcək. Gülərin hazırkı müqaviləsi 2029-cu ildə başa çatır, ona görə də yeni müqavilə onun Madriddə qalmasını daha iki mövsüm uzadacaq. Futbolçunun maaşı da artacaq.

Türk futbolçu kluba 2023-cü ilin yayında “Fənərbaxça”dan keçib. Transferindən bəri Gülər ​​”Real Madrid”də bütün yarışlarda 119 oyun keçirib, 19 qol vurub və 28 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 100 milyon avro olaraq qiymətləndirilir.

Mənbə: publika.az