Azərbaycanlı atlet iki il müddətinə diskvalifikasiya olundu - Səbəb

Azərbaycanlı atlet iki il müddətinə diskvalifikasiya olundu -
Azərbaycan idmançısı Kənan Vəliyev antidopinq qayda pozuntusuna görə iki il müddətinə diskvalifikasiya edilib.

Atletə tətbiq olunan sanksiya 2026-cı il aprelin 15-dən qüvvəyə minib və 2028-ci il aprelin 15-dək davam edəcək.

Cəzaya səbəb idmançının nümunə götürülməsindən yayınması, imtina etməsi və ya nümunə təqdim etməməsi olub. Bu, antidopinq qaydalarının 2.3-cü maddəsi üzrə pozuntu hesab edilir.

Mənbə: oxu.az