Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Real Madrid”in oyunçusu Brahim Diası transfer etməkdə maraqlıdır və onun üçün 25 milyon avro təklif etməyə hazırdır.
Bu barədə jurnalist Ekrem Konur məlumat verib.
“Əl-İttihad” sağ hücum cinahını gücləndirməyə çalışır və mərakeşlini əsas transfer hədəflərindən biri hesab edir.
Cari mövsümün əvvəlindən bəri, Madridin hücum xəttində yerlər uğrunda gərgin rəqabət səbəbindən mərakeşli gözlədiyindən daha az oyun vaxtı alır. Buna baxmayaraq, mənbənin məlumatına görə, Dias ” Real Madrid”də qalmağı və əsas heyət uğrunda mübarizəni davam etdirməyi üstün tutardı.
Diasın ” Real Madrid”lə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir. Hazırda klublar arasında rəsmi razılaşma yoxdur.
Mənbə: publika.az