“Qızıl top” uğrunda səsvermə başa çatıb. Mükafat şanslı qalibə 26 oktyabrda təqdim olunacaq. Mərasim Londonda keçiriləcək.
“Winna FC” səhifəsinə görə, “Bayern” və İngiltərə millisinin hücumçusu Harri Keyn “Qızıl top” səsverməsinin qalibi olub.
Paylaşımda Keynin qələbəsi barədə məlumatlandırıldığı və onunla fotosessiyanın planlaşdırıldığı bildirilib.
Lakin səhifənin təxminən 250.000 abunəçisi olmasına baxmayaraq, məlumatın mənbəyi olduqca şübhəlidir. Əhəmiyyətli olan odur ki, son illərdə təşkilatçılar ” Qızıl top” mükafatının sahibini qələbəsi barədə əvvəlcədən məlumatlandırmaq təcrübəsindən imtina ediblər.
Son illərdə təşkilatçılar intriqanı sona qədər saxlayıblar.
Mənbə: publika.az