Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının qalibi olub.
Ölkə.az Report-a istinadən xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan idmançı finalda moldovalı Aleksandrin Qutunu məğlub edib.
Daha əvvəl Eldəniz Əzizli də dünya çempionu adını qazanıb.
Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.
Mənbə: olke.az