"Qalatasaray" - "Fənərbağça" matçından sonra meydanda dava düşdü - Video

"Qalatasaray" - "Fənərbağça" matçından sonra meydanda dava düşdü - Video

Türkiyə Superliqasının 9-cu turunda "Qalatasaray" doğma meydanda "Fənərbağça"nı 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın final fitindən sonra isə meydanda gərginlik yaşanıb.

Oxu.Az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

"Fənərbağça"nın futbolçusu Arçi Braunla "Qalatasaray"ın müdafiəçisi Abdulkerim Bardakçı arasında başlayan mübahisə fiziki qarşıdurmaya çevrilib.

Hadisəyə müdaxilə edən polis əməkdaşları futbolçuları ayıraraq gərginliyi aradan qaldırıblar.

İdman "Qalatasaray" - "Fənərbağça" derbisində üç qol vuruldu - Video

Qarşıdurmadan sonra hər iki futbolçu sərt hərəkətlərinə görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Mənbə: oxu.az