Ronaldo mənim kumirimdir, onu "Real"a qaytarardım - Diomande

Ronaldo mənim kumirimdir, onu "Real"a qaytarardım -

“Real Madrid”in hücumameylli yarımmüdafiəçisi Yann Diomande imkanı olsaydı hansı futbolçunu komandaya qaytarmaq istədiyini açıqlayıb.

Yann portuqaliyalı hücumçu Kriştiano Ronaldonu seçib.

“Kral klubu”nun sosial media hesabında Afrikalı futbolçunun dediyi sözlər sitat gətirilib: “Əlbəttə ki, bu, Kriştiano Ronaldodur. O, mənim kumirimdir. 100 faiz onu qaytarardım”.

Portuqaliyalı hücumçu 2009-cu ildən 2018-ci ilə qədər “Real Madrid”də oynayıb. Daha sonra karyerasına “Yuventus” və “Mançester Yunayted”də davam etdirib. Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır.

Mənbə: publika.az