“İnter Mayami”nin hücumçusu Lionel Messi, “Sinsinnati” ilə matçda (2:2) beşinci sarı vərəqəsini almasına baxmayaraq, MLS-də “Nyu-İnqlend”ə qarşı oyunu (2 noyabr) buraxmayacaq.
ESPN-ə istinadla xəbər verilir ki, bunun səbəbi oyunçulara intizamlı oyuna görə sarı vərəqələri “silməyə” imkan verən "yaxşı davranış mükafatı” qaydasıdır.
Əgər oyunçu ardıcıl beş oyunda xəbərdarlıq, qovulma və ya digər intizam tədbirləri olmadan oynayırsa, bir sarı vərəqə avtomatik olaraq silinir.
Bu qayda mövsüm ərzində ən çox üç dəfə istifadə edilə bilər.
Mənbə: publika.az