Türkiyə millisinin baş məşqçisi Sergen Yalçın yığmanın növbəti oyunları üçün heyətini açıqlayıb.
Mütəxəssis bir sıra tanınmış futbolçuları milliyə dəvət etməyib.
Əvvəlki heyətdə yer alan Kerem Aktürkoğlu, İrfan Can Kahveci, Samet Akaydın və Altay Bayındır bu dəfə siyahıya daxil edilməyiblər. Sergen Yalçın Mert Müldürü də yığmaya çağırmayıb. Kenan Yıldız və Muhammed Şengezer isə zədə səbəbindən heyətdən kənarda qalıblar.
Beləliklə, ümumilikdə 7 futbolçu yeni heyətdə yer almayıb.
Türkiyə millisinin açıqlanan heyəti belədir:
Qapıçılar: Berke Özer, Ersin Destanoğlu, Serhat Öztaşdelen, Uğurcan Çakır
Müdafiəçilər: Abdülkerim Bardakcı, Ahmetcan Kaplan, Emirhan Topçu, Eren Elmalı, Ferdi Kadıoğlu, Merih Demiral, Mustafa Eskihellaç, Ozan Kabak, Zeki Çelik
Yarımmüdafiəçilər: Arda Güler, Can Uzun, Hakan Çalhanoğlu, İsmail Yüksek, Orkun Kökçü, Salih Özcan
Hücumçular: Aral Şimşir, Barış Alper Yılmaz, Deniz Gül, Enes Ünal, İlhan Fakılı, Oğuz Aydın, Yunus Akgün
Xatırladaq ki, Türkiyə millisi növbəti oyununu noyabrın 12-də Belçikaya qarşı keçirəcək. UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində baş tutacaq qarşılaşma İzmirdəki Gürsel Aksel Stadionunda oynanılacaq. Komandalar arasında oktyabrın 2-də Belçikada keçirilmiş ilk görüş isə meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə: qafqazinfo.az