"Turan Tovuz" "Qarabağ"a qalib gəldi

"Turan Tovuz" "Qarabağ"a qalib gəldi

Bu gün Misli Premyer Liqasında 11-ci tura start verilib.

İlk oyun gününə nəzərdə tutulan 2 görüşdən 1-i artıq başa çatıb.

Turun mərkəzi matçlarından biri "Azersun Arena"da keçirilib. Burada "Qarabağ" "Turan Tovuz"u qəbul edib. Oyunda Tovuz təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

"Qarabağ" hazırda 19 xalla 3-cü, "Turan Tovuz" isə 18 xalla 4-cüdür. Komandaların turnir cədvəlindəki mövqeyi matça marağı bir qədər də artırır.

Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının noyabrın 6-8-də keçiriləcək 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib.

6 noyabr (cümə)

18:00.“Qarabağ” – “Turan Tovuz” - 0:1

Qol: Roderik Miller, 80 (0:1)

Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli

VAR: Tural Qurbanov

AVAR: Tərlan Talıbzadə

“Azersun Arena"

Mənbə: bizim.media