Azərbaycan millisinin boksçusu Nəbi İsgəndərov (70 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.
Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Yarışın ikinci günündə mübarizəyə qoşulan idmançı 1/4 final mərhələsində Çexiya təmsilçisi Kelvin Sokessa ilə qarşılaşıb. Hər üç raundda üstün olan Nəbi İsgəndərov yekunda 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanaraq ən azı bürünc medalı təmin edib.
Azərbaycanlı boksçu dekabrın 1-də finala vəsiqə uğrunda özbəkistanlı Abdullah Madaminovla qarşılaşacaq.
Qeyd edək ki, bir gün əvvəl Azərbaycanın digər təmsilçisi Məhəmməd Abdullayev də (+90 kq) yarımfinala yüksəlib.
Mənbə: az.trend.az