Noyer bu tarixdə karyerasına son qoyacaq

Noyer bu tarixdə karyerasına son qoyacaq

Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyer 2026/2027-ci illər mövsümünün sonunda peşəkar futbolçu karyerasını başa vura biləcəyini bildirib.

39 yaşlı qolkiper bu barədə jurnalist Florian Plettenberqə açıqlamasında danışıb.

“Güman edirəm ki, qarşıdakı yaydan sonra artıq futbol oynamayacağam. Hazırda karyeramın qalan hissəsindən zövq almağa çalışıram”, – deyə Noyer bildirib.

Almaniyalı qapıçının “Bavariya” ilə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir. O, noyabr ayında sağ ayağındakı vətərin qismən qopması səbəbindən zədələnərək komandanın oyunlarından kənarda qalıb.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən Münhen təmsilçisinin formasını geyinir. O, klubla 13 dəfə Almaniya çempionu olub, 6 dəfə ölkə kubokunu, 8 dəfə Almaniya Superkubokunu qazanıb. Bundan başqa, qapıçı iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.

Noyer cari mövsümdə “Bavariya”nın heyətində 9 oyunda meydana çıxıb və 4 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.


Mənbə: unikal.az