Burak Yılmaz “Adana Dəmirspor”un baş məşqçisi ola bilər

Burak Yılmaz “Adana Dəmirspor”un baş məşqçisi ola bilər

Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin şərəfini qoruduğu “Adana Dəmirspor”un yeni baş məşqçisi Burak Yılmaz ola bilər

Türkiyə klubunun prezidenti Murat Sancaq Patrik Klyuvertin gedişindən boş qalan postda yığmanın sabiq hücumçusunu görmək istəyir.

Son olaraq “Beşiktaş”da müvəqqəti baş məşqçi funksiyasını yerinə yetirmiş gənc mütəxəssislə 2025-ci ilə qədər müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, “Adana Dəmirspor” 23 xalla 5-ci yerdə qərarlaşıb.

Rəşad Rafiqoğlu

Mənbə: bizim.media