Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub

Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub

Qazaxıstanlı milyarder Mixail Lomtadze İngiltərənin futbol üzrə üçüncü divizionunda çıxış edən "Uikomb Uonderers" klubunun sahibi olub.

5,7 milyard dollar sərvəti olan milyarderin şirkəti İngiltərə klubunun səhmlərinin 90 %-ni alıb.

Qeyd edək ki, "Uikomb Uonderers" 2023/2024 mövsümündə 10-cu yeri tutub. Komandaq meydana çıxdığı 46 turda 17 qələbə, 14 heç-heçə ilə yadda qalıb. Lomtadzenin sahibi olduğu klub 2000/2001 mövsümündə İngiltərə Kubokunda yarımfinala qədər irəliləyib.

Mənbə: report.az