Jorgi Jezusda yenə alınmadı

Jorgi Jezusda yenə alınmadı

Səudiyyə Ərəbistanının əsas klublarından biri “Əl Hilal”ın baş məşqçisi Jorgi Jezus qovulub.

Klub rəhbərliyi son oyunlardakı uğursuz nəticələr səbəbindən portuqaliyalı mütəxəssislə yollarını ayırıb.

Ötən sezonun çempionu “Əl Hilal” liqanın bitməsinə 5 tur qalmış ikinci yerdə qərarlaşıb. Həmçinin son üç oyunun ikisində qalib gələ bilməyib. Premyer Liqaya 6 xal fərqi ilə “Əl İttihad” liderlik edir.

Qeyd edək ki, Jorg Jezus bundan əvvəl “Fənərbaxça”nın baş məşqçisi olub. Türk klubundan da uğursuzluğa görə ayrılıb. O, əsasən “Benfika” klubundakı uğurlu nəticələri ilə tanınıb.

Mənbə: qafqazinfo.az