İngiltərə Premyer Liqasında keçirilən “Lester”- “Sauthempton” matçında maraqlı anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, oyunun 33-cü dəqiqəsində baş hakim Deyvid Uebb, Cordan Ayyu ilə toqquşaraq meydançaya yıxılıb.
Bunun ardınca “Lester”in kapitanı Vardi hakimin əvəzinə onun fitini səsləndirərək oyunu dayandırıb.
Qeyd edək ki, hakimin zədələnməsi matçın vaxını 12 dəqiqə gecikdirib.
Həmin görüntüləri təqdim edirik:
Mənbə: qafqazinfo.az