“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti son zamanlar mətbuatda yayılan söz-söhbətlərə münasibət bildirib.
Mətbuatda yayılan iddialara görə, onun rəhbərliklə müasibətləri gərgindir.
“Xeyr, doğru deyil. Klubla əla münasibətim var. Bu məlumat bizdən gəlmir və əksəriyyəti də doğru deyil”, – Ançelotti mətbuat konfransında deyib.
“Real” hazırda İspaniya La Liqasında 33 oyun keçirib və 72 xalla ikinci yerdədir. Ançelottinin yetirmələri ilk pillədəki “Barselona”dan 4 xal geri qalırlar.
65 yaşlı mütəxəssisin əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Son günlər Ançelottinin tezliklə “Real”dan ayrılaraq Braziliya millisinə keçəcəyi barədə mətbuatda məlumatlar yayılıb.
Mənbə: publika.az