26 ildən sonra ilk dəfə ÇL-də oynamayacaqlar

26 ildən sonra ilk dəfə ÇL-də oynamayacaqlar

Donetskin “Şaxtyor” klubu 21-ci əsrdə ilk dəfə Çempionlar Liqasında iştirak etməyəcək.

Ukrayna Premyer Liqasının 27-ci turunda Kiyev “Dinamo”sunun “İnqulets” üzərində qələbəsindən (4:0) sonra “Şaxtyor” çempionluq üçün şanslarını itirib.

“Dinamo”nun 67 xalı var və çempionatın bitməsinə 3 tur qalmış liqaya başçılıq edir. “Şaxtyor” isə 57 xalla 3-cü yerdədir.

Beləliklə, “mədənçilər” 1999/2000 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında oynamayacaqlar.

Əlavə edək ki, bu mövsüm “Şaxtyor” Çempionlar Liqasının ümumi turnir cədvəlində 27-ci yerdə qərarlaşıb və pley-offa yüksələ bilməyib.

Mənbə: qafqazinfo.az