Bir gözü görməsə də, dünya çempionatında çıxış edir - Foto

Bir gözü görməsə də, dünya çempionatında çıxış edir -

Klublararası dünya çempionatında çıxış edən ABŞ-ın “Sietl Sounders” klubunun futbolçusu Corci Minunqu diqqət mərkəzinə düşüb.

Fil Dişi Sahilindən olan yarımmüdafiəçinin bir gözü görməsə də, o, turnirdə çıxış edir.

Belə ki, C.Minunqu 2 il öncə ağır infeksiyaya yoluxub. Nəticədə onun sol gözü görmə qabiliyyətini tamamilə itirib. Lakin futbolçu yaşıl meydanlardan uzaq qala bilməyib.



Mənbə: qafqazinfo.az