Rusiyalı UFC döyüşçüsü İslam Mahaçovun məşqçisi Xavyer Mendes yüngül çəkidə yeni UFC çempionu, gürcüstanlı İliya Topuriyanın gələcəyi barədə danışıb.
Mendes bu barədə “Submission Radio”ya müsahibəsində deyib.
-Yüngül çəkidə kim İlya Topuriya ilə rəqabət apara bilər?
– Castin Qeyci Topuriyay problem yarada bilər. İliya üçün ən çox problem yarada biləcək şəxs isə Arman Tsarukyandır. Çünki Arman ayaq üstə döyüşməyəcək, güləş döyüşü təşkil edəcək. Bu, Topuriya üçün bir sınaq olacaq. Gürcü buna tab gətirə biləcəkmi – bilmirəm. Ancaq İlyanın Oliveyraya nə etdiyinə baxın”, – Mendes deyib.
İyunun 29-da Topuriya braziliyalı Çarlz Oliveyra üzərində qələbə qazanaraq UFC çempionluq kəmərinə sahib çıxıb.
İliya Topuriya 17 MMA döyüşü keçirib və 17 qələbə qazanıb.
Mənbə: publika.az