Azərbaycanda tanınmış idmançı vəfat etdi

Azərbaycanda tanınmış idmançı vəfat etdi

Güləş üzrə veteran idmançı, SSRİ idman ustası, əməkdar məşqçi Balabəy Ağakişiyev vəfat edib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Şirvan şəhərində yaşayırdı və sərbəst güləşin inkişafı üçün bir çox xidmətləri olub.

Mənbə: axar.az