“Şamaxı” yeni transferini açıqladı

“Şamaxı” yeni transferini açıqladı

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Klubdan “Qafqazinfo”ya verilən məlumata görə, bölgə təmsilçisi isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb. 31 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Rossi son olaraq İsveçrənin “Şaffhauzen” kollektivində çıxış edib.

Mənbə: qafqazinfo.az