"Real", UEFA-nın Kilian Mbappe, Antonio Rüdiger və Dani Sebalyosla bağlı verdiyi cəzalara qarşı apellyasiya şikayətində uğursuz olub.
Bu barədə ESPN məlumat yayıb.
UEFA futbolçuları Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" üzərində qazanılan qələbədən sonra səbrsizlik və həddindən artıq emosional sevincləri səbəbilə cərimələyib. Əvvəlcə oyunçuların diskvalifikasiya oluna biləcəyi gözlənilsə də, UEFA yalnız pul cəzası tətbiq edib. Nəticədə, Mbappe 30, Rüdiger 40, Sebalyos isə 20 min avro məbləğində cərimələnib. Vinisius Junior isə cəzadan yan keçib.
Xatırladaq ki, adıçəkilən dörd futbolçu penaltilər seriyasında "Atletiko"ya qalib gəldikdən sonra Madrid derbisinin keçirildiyi "Metropolitano" stadionunda rəqib azarkeşlərə qarşı təxribat xarakterli hərəkətlər nümayiş etdirib. Xüsusilə, Rüdiger baş barmağı ilə boğazı kəsməyə işarə edən jest edib.
Heybət
Mənbə: publika.az