“Araz-Naxçıvan” növbəti transferini rəsmiləşdirib. Komanda Aksel Nqando ilə anlaşıb.
Bizim.Media xəbər verri ki, Fransa vətəndaşı olan Nqando artıq Bakıdadır.
Tibbi müayinədən keçən futbolçu ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, 30 yaşlı hücumameyilli yarımmüdafiəçi müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. Klub karyerası zəngin olub futbolçu “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztəpə”sində də özünü sınayıb. Yarımmüdafiəçinin son klubu Fransada “Qrenobl” olub.
Rəşad Rafiqoğlu
Mənbə: bizim.media