Hazırda “Facebook” sosial şəbəkəsində qlobal problem mövcuddur.
Şəbəkə ümumilikdə fəaliyyət göstərsə də, sosial şəbəkə istifadəçiləri mesaj bölməsinə daxil olmaqda çətinlik çəkdiklərini bildirirlər.
Belə ki, onlar mesaj yerinə daxil olarkən xəta ilə qarşılaşdıqlarını qeyd edirlər.
Qeyd edək ki, “Meta” şirkəti sözügedən problemlə bağlı hələlik heç bir açıqlama verməyib.

Mənbə: qafqazinfo.az